Dondurmanın faydaları

Dondurmanin faydalari

Yay aylarının ən dadlı, vazkeçilməz təamlarından olan dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalı hesab olunur.

Bu maddələrin ən gözəl qaynağı süd və süd məhsullarıdır. Ancaq 100 qr süddəki kalsium və fosforun miqdarı konsentrasiyasındakı sıxlıqdan asılı olaraq  dondurmada daha çoxdur. Dünya Sağlamlıq Təşkilatı 1-10 yaşlarında 800  mq, 11-24 yaşlarında 1200 mq, sonra isə gündə 800 mq kalsium qəbulunu tövsiyə edir. Yetkinlik və klimaks dövrundə buna daha çox ehtiyac duyulduğu üçün bu yaşlarda olanlar B və A qrupu vitaminləri ilə zəngin dondurma yeməlidir .

Ancaq dondurmanın gündə 100 qr-dan artıq yeyilməsi artıq çəki ilə bağlı problemlərə səbəb ola bilər. 100 qr dondurmada 190-200 kalori mövcuddur. Bununla bağlı xüsusilə valideynlərin uşaqların dondurmadan istifadəsini nəzarət altında saxlamaları onların sağlamlığı üçün xeyirli olar.

Qida mütəxəssisləri vərdiş etdiyimizin əksinə olaraq dondurmanın hətta qışda da yeyilməsini tövsiyə edirlər. Onlar sağlam şərtlərdə istehsal edilən və qorunan dondurmaların heç bir zərəri olmadığını, əksinə, insan sağlamlığına çox faydaları olduğunu qeyd edirlər.

– Stressə qarşı dondurma yeyin. Mütəxəssislərin fikrincə, dondurmanın sümükləri gücləndirməklə yanaşı verdiyi enerji stress ve yorğunluğu azaltma gücünə malikdir.

– Dondurma bol miqdarda karbohidrat ihtiva edir. Dondurma yeyərək daha çox enerjili ola bilərsiniz.

– Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun kişilərə yenidən gümrahlıq verir.

– Südlü dondurmalarda triptofan maddəsi vardır ki, bu da zülalların təməl daşı olan əhəmiyyətli bir amin turşusudur. Triptofan insana xoşbəxtlik verici bir hormon olduğu üçün insanı rahatladır. Mütəxəssislər çox stress keçirən insanlara heç çəkinmədən dondurma yemələrini məsləhət görür.

– Hər 100 mililitr dondurmada 125 milliqram miqdarında sümüklərin əsas maddəsi olan kalsium mövcuddur. Bu da sümüklərin güclənməsini təmin edir.